Xəbərlər
Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib
Serjan Oralbay oğlu Abdulkərimov Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Onun səfir təyin edilməsi barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.
Məlumata görə, sərəncamla o, Çexiya və Slovakiyada tutuğu səfir vəzifəsindən azad edilib.
Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyi 1994-cü ilin dekabrında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2004-cü ilin martında açılıb.