Xəbərlər
Bu vaxtadək Almaniya Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırıb
İndiyədək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 615 milyon dollar investisiya yatırılıb.
Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 27-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda deyib.
“Bu investisiyaların 96 faizi qeyri-neft sektorunun payına düşüb. Eyni zamanda, Azərbaycan Almaniya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub”, - deyə nazir müavini bildirib.