Xəbərlər
Məlahət İbrahimqızı: Son illər sosial-iqtisadi inkişafla bağlı görülən işlərin nəticələri ölkəmiz üçün çox uğurludur
«Son illər sosial-iqtisadi inkişafla bağlı görülən işlərin nəticələri ölkəmiz üçün çox uğurludur”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, inkişaf bütün sahələrdə mövcuddur. Eləcə də, bütün bölgələrimiz də eyni dinamika ilə inkişaf edir. İstər Bakı şəhəri olsun, istər bölgələrimiz, hər yerdə inkişaf sürətli templə davam edir.
“Bu gün Azərbaycanda görülən işlər yüksək qiymətləndirilməlidir. Çünki Azərbaycan dünyadakı çətinliklərin olduğu bir şəraitdə inamla inkişaf edir, ölkəmizdə sabitlik hökm sürür. Ölkəmizin hər yerində böyük quruculuq işləri həyata keçirilir. Yəni bütün sahələrdə Prezident İlham Əliyev həyata keçirdiyi siyasət öz ahəngi ilə davam edir ki, bu da xalqımız tərəfindən rəğbətlə qarşılanır»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.