Xəbərlər
Şahin Mustafayev: Ötən il Azərbaycanla Sverdlovsk vilayətinin ticarət dövriyyəsi 95 milyon dollara çatıb
Azərbaycanla Rusiyanın Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi keçən il 2 dəfəyədək artaraq 95 milyon dollara çatıb.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib: “Azərbaycan-Sverdlovsk vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsi bizim prioritet istiqamətlərdən biridir. Sverdlovsk vilayəti Rusiyanın iqtisadi baxımdan ən çox inkişaf etmiş regionlarından biridir. Vilayətin böyük potensialı var. Azərbaycan Sverdlovsk ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.