Xəbərlər
Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən tərkibi təsdiqlənib
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən tərkibi təsdiqlənib.
Müvafiq Sərəncam Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə imzalanıb.
Xatırladaq ki, 2008-ci il noyabrın 28-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında” Saziş imzalanıb və bu sənəd 2009-cu il martın 4-də qüvvəyə minmişdir.
Komissiyanın indiyədək 4 iclası keçirilib. Sonuncu iclas 2014-cü il oktyabrın 2-də Bakıda təşkil olunub.