YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanda uşaq hüquqları dövlət tərəfindən tam qorunur

13-14 noyabr tarixlərində Strasburqda Uşaq hüquqları strategiyasına dair Avropa Şurası ekspertlər komitəsinin I iclası keçirilir. İclasda millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assembleyasının Ümumi İşlər, Sağlamlıq və Davamlı İnkişaf üzrə Komitə üzvü Sevinc Fətəliyeva da iştirak edir.  

Tədbirdə 2012-2015-ci illər üçün Avropa Şurasının Uşaq hüquqları strategiyasının həyata keçirilməsinin vəziyyəti və növbəti strategiyanın hazırlıq işləri müzakirə olunur. Bugünkü iclasda SevincFətəliyeva Avropa Şurası Parlament Assembleyası tərəfindən Uşaqların hüquqlarının təbliği mövzusunda çıxış edib, mövzu ilə əlaqədar təqdimat nümayiş etdirib. Millət vəkili  Parlament Assambleyasının bu sahədəki rolundan danışaraq, uşaq hüquqları haqqında qəbul edilən son qətnamələr, uşaqların hüquqlarının qorunması ilə bağlı AŞ-nın yeni strategiyasına dair təkliflərini verib.

O həmçinin, Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı fikirlərini də bildirib. «Azərbaycanda uşaq hüquqları dövlət tərəfindən tam qorunur. Biz bu istiqamətdə müvafiq beynəlxalq sənədlərə də qoşulmuşuq. Eyni zamanda, uşaq problemləri ilə məşğul olan dövlət komitəsi də fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin uşaq hüquqlarının qorunmasına verdiyi önəmin göstəricisidir»- deyə, S.Fətəliyeva vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv