YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çin şirkətlərinin Azərbaycana marağı artır

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vang Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayan Ş.Mustafayev Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi, keçirilən görüşlər və aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib. Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, əlverişli biznes mühitinə malik Azərbaycanda müxtəlif sahələr üzrə Çin şirkətləri fəaliyyət göstərir, birgə layihələr reallaşdırılır. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasının nəticəsi olaraq, bu ilin aprelində “China CAMCE Engineering Co. Ltd.” şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb.

“China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti V.Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.

Görüşdə “China CAMCE Engineering Co. Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.

Azərbaycana səfər çərçivəsində “China CAMCE Engineering Co. Ltd.” şirkətinin nümayəndələri Hacıqabul və Sabirabad sənaye məhəllələrində sahibkarlar üçün yaradılan əlverişli şəraitlə tanış olublar. Onlara sənaye məhəllələrində həyata keçirilən layihələr barədə məlumat verilib.

Qeyd edək ki, mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşan “China CAMCE Engineering Co. Ltd.” şirkəti sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihənin icraçısıdır. 140 ölkədə nümayəndəliyi olan şirkətdə 100 minədək işçi çalışır.

 

DİGƏR Xəbərlər Arxiv