Xəbərlər
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, xüsusilə xaricdə olan şəxslər tərəfindən sosial media üzərindən Azərbaycandakı dini vəziyyətlə bağlı yazılan yazılarda, sosial şəbəkələrdə verilən məlumatlarda qərəz, Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq cəhdləri özünü göstərir. Əlbəttə, bunlar anti-Azərbaycan ünsürlərin fəaliyyətinin nəticəsidir. “Azərbaycan dini tolerantlıq baxımından, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir. Ancaq ölkəmizin əleyhinə olan qruplar, dairələr xaricdən Azərbaycan haqqında sosial şəbəkələr üzərindən yalnış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim xüsusi qrupumuz fəaliyyət göstərir və bu cür məlumatlar olduqda həmin qrup bu məlumatların yalnış olması barədə ictimaiyyəti məlumatlandırır”,- deyə Komitə sədri vurğulayıb.