Xəbərlər
Rakel Mare: Yarışların keçirildiyi məkanları çox bəyəndik
Çox gərgin oyun keçdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə rəqibin üstün olduğu məqamlar oldu. Şadam ki, bu görüşdə heç-heçə edə bildik və bunu yaxşı nəticə hesab etmək olar.
Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının qadın həndbol yarışlarında mübarizə aparan İspaniya millisinin kapitani Rakel Mare deyib.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu deyən ispan həndbolçu bildirib: “İlk dəfədir ki, Bakıdayam. Çox gözəl şəhərdir. Burada bizi ən çox heyrətləndirən məqamlardan biri də yarışların təşkilatçılığının yüksək səviyyədə olmasıdır. Xüsusilə, yarışların keçirildiyi məkanları çox bəyəndik.