YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzəcan Xəlilov: “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO- nun Ümumdünya İrs Siyahısına daxil edilməsi mədəni-tarixi irsimizə verilən dəyərdir

“Azərbaycan xalqı zəngin tarixi və mədəni irsə sahibdir. Bu irsin dünyada tanıdılması istiqamətində dövlətimiz məqsədyönlü siyasət həyata keçirir. Bu baxımdan, Azərbaycan-UNESKO əməkdaşlığı böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir. Onun sözlərinə görə, hazırda ölkəmiz dünyada zəngin milli - mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülüb.

“Mədəni irsin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. 1996 - cı ildə UNESKO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT - nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Azərbaycanın mədəni və tarixi irsinin qorunması məsələsi də UNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakıda UNESKO - nun Ümumdünya İrs Komitəsinin 43 - cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO - nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə bir daha tariximizə və irsimizə verilən dəyərdir. Çünki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Qürurverici haldır ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi - mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidə UNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Bununla da “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyətinə və tarixinə məxsus olur. Bu qərara əsasən, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” beynəlxalq təşkilatların nəzarəti altında olacaq, onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyacaq”-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv