YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsaqzai: Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar əldə edib

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində böyük uğurlar əldə edib.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib.

Q.İsaqzai bildirib ki, Azərbaycanda DİM-in milliləşdirilməsi prosesi gedir və bu, çox yaxşı haldır.

Q.İsaqzai vurğulayıb ki, BMT DİM-lərin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir.

BMT rəsmisi qeyd edib ki, Milli Məlumatlandırma Portalının istifadəyə verilməsi DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm addımdır.

 

DİGƏR Xəbərlər Arxiv