Xəbərlər
Akif Əlizadə: Məqsəd kadr hazırlığı işinin keyfiyyətini yüksəltməkdir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında doktoranturaya qəbulun formatı tamamilə dəyişdiriləcək. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, bu ilin sonundan doktorantura ilə bağlı bir sıra islahatlar aparılması planlaşdırılır. Onun sözlərinə görə, bununla bağlı müzakirələr, təhlillər aparılır.
«İslahatlar həm qəbul imtahanının məzmununun dəyişdirilməsi, həm də qəbul planının azaldılması ilə bağlı olacaq. Gələn il bütün istiqamətlər üzrə doktoranturaya qəbul planı azaldılacaq. Burada məqsəd kadr hazırlığı işinin keyfiyyətini yüksəltməkdir»- deyə, AMEA-nı prezidenti vurğulayıb.