Xəbərlər
Bakıda QDİƏT Parlament Məclisi Baş Assambleyasının 53-cü iclası işə başlayıb
İyunun 20-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclası işə başlayıb.
İclasın gündəliyinə QDİƏT-in iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir.
İclasda təşkilata üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları da iştirak edirlər.