Xəbərlər
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/548371138ffa279dc2ab09a104f3d8b1.jpg&w=360)
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik arasında görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.