YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb.

XİN-dən  bildiriblər ki, görüşdə tərəflər bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

Tərəflər ABŞ ilə Azərbaycan arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələləri, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüsləri, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələri, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları müzakirə ediblər.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud vəziyyət, eləcə də qlobal gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.