Xəbərlər
Prezident İlham Əliyev “Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də “Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Sərəncama əsasən Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 (iki) milyon manat ayrılmışdır.