Xəbərlər
Şahin Mustafayev: İqtisadi islahatlar sahibkarlığın inkişafının əsasıdır
Azərbaycanda keçirilmiş iqtisadi islahatlar özəl sektorun inkişafı və qeyri-neft sektorunun dayanıqlı artımına xidmət edir.
Bunu İqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib.
Nazir bildirib ki, qeyri-neft ixracının təşviqi məqsədilə hökumət sahibkarların büdcə dəstəyi mexanizmini işə salıb. Bu proqram çərçivəsində 2017-ci ildən ixracatçı sahibkarlar dövlət büdcəsindən 12 milyon manatdan çox vəsait alıblar.
Ş.Mustafayev deyib ki, indiyədək 28 ixrac missiyası təşkil olunub, məhsullarımız 24 beynəlxalq sərgidə iştirak edib:
“Nəticədə qeyri-neft ixracı 2017-ci ildə 24 faiz, 2018-ci ildə 10 faiz artıb”.
Nazir çıxışında bu ilin sonunadək Bakıda Kiçik və Orta Biznes Evi ("KOB Evi") açılacağını da qeyd edərək bildirib ki, bu istiqamətdə müəyyən işlər aparılıb.