YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xarici İşlər Nazirliyində olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Toivo Klaar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən Xarici İşlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib. Daha sonra nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribat barədə danışıb və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırıb, bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib. Xarici İşlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda, reallıqların dəyişilməz olaraq qaldığını söyləyən nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb.

Öz növbəsində, Toivo Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqləyib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

DİGƏR Xəbərlər Arxiv