Xəbərlər
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 26 min 641 ipoteka krediti verilib
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 26 min 641 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 310 milyon 448,3 min manatdan çoxdur.