Xəbərlər
Milli Məclisin plenar iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunur

Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
Parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.
Qanun layihəsini iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib.