Partiya xəbərləri
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirildi

Mayın 30-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransı keçirildi.
Tədbir iştirakçıları öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə qızıl gül dəstələri qoydular.
YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbirdə dövlət himninin səsləndirilməsindən sonra YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aliyə Ağrılı gündəliyə uyğun olaraq hesabat məruzə ilə çıxış etdi, VI konfransdan ötən dövrdə görülən işləri diqqətə çatdırdı. Məruzəçilər Orxan Bayramov, Elman Aslanov, Aliyə Orucova YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini qənaətbəxş hesab etdilər.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Rafiq Quliyev, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən geniş bəhs etdilər.
Sonra gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxıldı. YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri və 6 sədr müavini seçildi. Gənclər Birliyinin yeni sədri Orxan Bayramov seçildi. 37 nəfərdən ibarət Şuranın, 21 nəfərdən ibarət İdarə Heyətinin tərkibi təsdiqləndi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ümumrespublika konfransına 13 nəfər nümayəndə seçildi.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov yeni tərkibə uğurlar arzulayaraq, bildirdi ki, 17 minə yaxın üzvü sıralarında birləşdirən YAP Xətai rayon təşkilatında çoxluq təşkil edən gənclərimizin fəallığı daim yüksək dəyərləndirilir. Gənclərimiz daha fəal olmalı, Azərbaycan həqiqətlərinin təbliğinə öz davamlı töhfələrini verməlidirlər.
Sonda YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin VII konfransının iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyeva müraciət qəbul olundu.