Xəbərlər
Dörd ayda paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,7 milyard manat olub

Bu ilin yanvar-aprel aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz artaraq 1 milyard 715,5 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 181,7 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 68,9 faizini təşkil edib.