Xəbərlər
Tatyana Moskalkova: Rusiya ilə Azərbaycanın əsl mehriban qonşuluq və səmimi dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir

Mən ilk növbədə böyük və həqiqətən çiçəklənən bir respublikanın – Azərbaycanın Prezidentini və ölkənizin bütün xalqını Respublika Günü münasibətilə təbrik etmək, uzun ömür, rahatlıq və firavanlıq arzu etmək istəyirəm. Bu sözləri Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova deyib.
O vurğulayıb: “Rusiya ilə Azərbaycanın əsl mehriban qonşuluq və səmimi dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir. Hamımızın sülh və əmin-amanlıq şəraitində yaşaması üçün humanitar sahənin möhkəmlənməsi, əmtəə dövriyyəsinin genişlənməsi olduqca vacibdir”.
Azərbaycanın ənənəvi olaraq mühüm idman və mədəniyyət tədbirlərini böyük uğurla keçirdiyini qeyd edən T.Moskalkova deyib: “İdman hamını barışdıran bir sahədir. Mən arzu edirəm ki, UEFA Avropa Liqasının final matçı yüksək emosional səviyyədə keçirilsin və azarkeşləri məyus etməsin. Sizə yalnız müsbət emosiyalar diləyirəm”.