YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropalı parlamentari: Azərbaycan çox təhlükəsiz və sülhsevər ölkədir

Mən Azərbaycana gəldiyimi deyəndə bir sıra insanlar burada təhlükəsizlik məsələsindən narahat idilər. Lakin öz gözümlə görəndən sonra bunu deyə bilərəm ki, Azərbaycan çox təhlükəsiz və sülhsevər ölkədir.

Bunu Avropa Parlamentinin üzvü Netan Gill Böyük Britaniyanın təhlükəsizlik məsələsinə görə öz vətəndaşlarına Azərbaycana səfər etməməsi ilə bağlı çağırışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan sülhsevər, təhlükəsiz ölkə olduğundan burada çox turist var:

"Azərbaycanda turistlər üçün təhlükəsiz şərait var. Dünən Respublika Günü idi. Bakıda insanlar bulvarda bayramı gəzərək rahat şəkildə keçirirdilər. Böyük şəhərlərdə belə mənzərəni o qədər də çox görmək olmur”.

Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov isə qeyd edib ki, bu, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin tərkib hissədir.

O, Azərbaycanın təhlükəli ölkə olması ilə bağlı məlumatları da "gülünc" adlandırıb.