YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbi Bəhramov: Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şərəfli yer tutur

“Azərbaycan  Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib.

C.Bəhramov bildirib ki, çox qədim  dövlətçilik ənənələri olan bir xalq kimi biz 1918-ci il mayın 28-də tarixi torpaqlarımızın şimalında dövlətiçiliyimizi bərpa etdik. Dövlətçiliyin bərpasını istər siyasi, istər iqtisadi, istər  mənəvi-psixoloji, bütün aspektlərdən götürəndə xalqımızın həyatında çox mühüm bir hadisə idi.  

“Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. 2019-cu ildə Xalq Cümhuriyyətinin elan edilməsindən 101 il ötür. Bu tarixlə bağlı Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə  baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın. Təsadüfi deyil deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı  Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi qeyd olundu. Biz keçən il Cümhuriyyətin 100 illiyini qeyd etdik. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd  edildi. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidr.  Ulu Öndər Heydər Əliyevin dediyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Həyat nə qədər varsa, müstəqil dövlətimiz var olacaq. Bu il Cümhuriyyətinin 101 yaşını qeyd ediriksə, vaxt gələcək  1001 yaşı qeyd olunacaq”-deyə, C.Bəhramov qeyd edib.