Xəbərlər
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
“İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir”. Bu fikri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Əli Əhmədov bildirib ki, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır.
“Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır. Azərbaycan müharibə tərəfdarı deyil, biz münaqişənin sülh yolu ilə həllinə üstünlük veririk. Bunun üçün imkanlar tükənməyib və bundan axıra qədər istifadə etmək lazımdır”-deyə, o, qeyd edib.