YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir

“Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atır”. Bu fikri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, dövlətin dini icmalara göstərdiyi qayğı gündən-günə artmaqdadır. Onun sözlərinə görə, böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır.

“Etnik və mədəni müxtəliflik öz-özlüyündə müsbət fenomendir. Çünki bu, etnik və mədəni dəyərlərə söykənir. Azərbaycan multikulturalizm, tolerantlıq məkanıdır. Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir. Multikulturalizm ölkəmizdə dövlət siyasətinin bir hissəsidir. Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Hazırda həmin siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”-deyə, deputat qeyd edib.