Xəbərlər
“Anatolian Phoenix-2019” təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib

Türkiyədə “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, brifinqdə təlimin məqsədi, ekipajların vəzifələri, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı təlimatlar şəxsi heyətə çatdırılıb.
Mayın 24-dək davam edəcək hərbi təlimlərə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki “Mi-35” və iki “Mi-17” helikopteri cəlb olunub.