YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş anım tədbiri keçirilib

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində səfirliyimizin və Azərbaycan – Fransa Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüunə həsr edilmiş anım tədbiri keçirilib.

Fransadakı səfirimiz Rəhman Mustafayev çıxış edərək Heydər Əliyevin uzaqgörən və müdrik siyasi strategiyasından danışıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlət quruculuğunun, iqtisadi dirçəlişinin, sosial-siyasi tərəqqisinin banisi olduğunu vurğulayıb. Bildirib ki, müstəqilliyimizin ilk illərində parçalanmaq təhlükəsində olan ölkəmizi məhz o xilas edib. 1993-cü ildə siyasi böhranının son dərəcə kəskinləşməsi ilə ölkə vətəndaş müharibəsi vəziyyətində olanda və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Onun hakimiyyətə gəlişi ilə daxili vəziyyət stabilləşdi, sosial və iqtisadi islahatlar aparıldı, atəşkəs sazişi imzalandı. Heydər Əliyev ölkənin tarazlaşdırılmış xarici siyasətini müəyyən etdi. Ulu Öndərin uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və qətiyyəti sayəsində qısa müddətdə ölkəmiz sabitliyə, tərəqqiyə nail oldu. Heydər Əliyev dəmir iradəli, müdrik və uzaqgörən siyasi xadim kimi yaddaşlara həkk olunub.

Səfir bildirib ki, Ümummilli Liderin müəllifi olduğu “Əsrin müqaviləsi”, eləcə də digər regional layihələr sayəsində ölkəmiz beynəlxalq arenada layiqli yerini tutub. Azərbaycan etibarlı tərəfdaş ölkəyə çevrilib. Ölkəmizin bugünkü stabilliyi və inkişafı Ulu Öndərin siyasətinin, onun sosial, iqtisadi və xarici siyasətə praqmatik yanaşmasının nəticəsidir. Heydər Əliyev tarixi bir missiya yerinə yetirib: parçalanmaq təhlükəsində olan gənc Respublikanı xilas edib və onun gələcək inkişafının təməlini qoyaraq Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib.

Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini, strategiyasını uğurla davam etdirir.

Sonra Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Heydər Əliyevin ona ünvanlandığı başsağlığı məktubundan söz açan P.Buşe ilk dəfə Ulu Öndərlə Dünya Azərbaycanlılarının I Qurultayı zamanı görüşdüyünü bildirib. Ulu Öndərin əsas məqsədi dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması olduğunu vurğulayıb.

Fransanın ölkəmizdə ilk səfiri Jan Perrən Heydər Əliyevlə Naxçıvanda ilk görüşündən söz açıb. Bildirib ki, zəngin təcrübəsi olan dövlət xadimi Heydər Əliyev millətinin xilaskarı olub.

Sonda Violin Yaz Festivalının təsisçisi və bədii direktoru Anton Martınov (piano) və Belçika Mons Kral Konservatoriyasının məzunu Əzizə Salahova (violin) Antonio Bazzini, Frits Kreysler, Qara Qarayev, Fikrət Əmirov və Asəf Zeynallının əsərlərini ifa ediblər.

DİGƏR Xəbərlər Arxiv