YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Türkiyə xalqı Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla anır

Heydər Əliyev türk dünyası üçün dəyərli insan idi. O, Türkiyə üçün də vacib, böyük şəxsiyyətlərdən biridir. Türkiyə xalqı onun xatirəsini hər zaman dərin ehtiramla anır.

Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan söyləyib.

Türkiyəli diplomat deyib: “Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadzenin bölgə üçün həyata keçirdikləri layihələr bu gün də davam edir. Bu layihələr bizim hamımız üçün vacib təhlükəsizlik və inkişaf qarantıdır”.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, TANAP, Bakı-Tbilisi-Qars layihələri məhz bizim üçün vacib perspektiv layihələrdir.

“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və üç ölkə arasında iqtisadi əməkdaşlığa böyük önəm verir”, – deyə, F.Ceren Yazqan vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv