YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Böyük Britaniyanın Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin nümayəndə heyəti ilə görüşüb

Mayın 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin professoru Deyvid Ellerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kollecdə təhsil alan Böyük Britaniya, Malayziya, Keniya, Oman, Qətər, Küveyt, ABŞ, Kolumbiya, Koreya Respublikası, Çin və digər ölkələrin ali rütbəli zabitləri, diplomatlar və dövlət qulluqçularının təmsil olunduqları heyəti salamlayan nazir onlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, habelə ölkəmiz tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verilən töhfə və digər məsələlər barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq proqramları, xüsusilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini də görüş iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri xatırladıb ki, Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kolleci tərəfindən təşkil olunan kurslarda 2012-ci ildən Azərbaycan Ordusunun zabitləri də fəal iştirak edirlər. General-polkovnik Z.Həsənov bu istiqamətdə göstərilən dəstəyə görə Britaniya tərəfinə təşəkkürünü bildirib.

Professor D.Elleri də kollecin fəaliyyəti barədə məlumat verərək təşkil edilən kursların vacibliyi və bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq, görüşə görə heyət üzvləri adından müdafiə nazirinə minnətdarlığını bildirib.

Görüşdə general-polkovnik Z.Həsənov qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

DİGƏR Xəbərlər Arxiv