Xəbərlər
Prezident İlham Əliyev “Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrıldı.