Xəbərlər
Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub
Azərbaycanda səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaqlar ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə maraqlanıblar. Nümayəndə heyətinə şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.