Xəbərlər
Baş nazirin müavini Əli Əhmədov: Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz
Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur.
Əli Əhmədov bildirib ki, əhalinin müxtəlif təbəqələri üçün hər il dövlət tərəfindən pulsuz şəkildə dərmanlar verilir: "Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bu siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Əgər kiminsə adı həmin siyahıda yoxdursa, bu, artıq ayrı məsələdir. Həmin şəxsin siyahıya salınması üçün xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır. Hansısa yerdə kiməsə dərman çatmaması barədə konkret fakt varsa, bunu ayrıca araşdırmaq lazımdır".