Xəbərlər
Şahin Mustafayev: Ötən il BMT və Azərbaycanın birgə icra etdiyi layihələrə 5 milyon dollaradək vəsait xərclənib
Keçən il BMT və Azərbaycan tərəfindən icra edilən birgə layihələrə 4 milyon 998,5 min ABŞ dolları məbləğində vəsait xərclənib. Bu vəsait “2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi” çərçivəsində birinci strateji sahə üzrə sərf olunub.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mayın 3-də Bakıda keçirilən 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi İstiqamətləndirici Komitənin iclasında deyib.
Nazir qeyd edib ki, 3 strateji sahəni əhatə edən sənəd çərçivəsində 71,9 milyon dolların ayrılması nəzərdə tutulub. İndiyədək isə bu vəsaitin 68,2 milyon dolları, yəni 95 faizi xərclənib.