Xəbərlər
Dəniz nəqliyyatı ilə 7,3 milyon ton yük daşınıb
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/91959e5d87432baab98deeb5ca35afb4.jpg&w=360)
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 7,3 milyon ton olub. Yüklərin 56,3 faizini neft, 43,7 faizini isə quru yüklər təşkil edib. Bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəniz limanlarında 8,9 milyon ton yükləmə-boşaltma işləri görülüb.
İşlənmiş yüklərin 86,1 faizini beynəlxalq tranzit yüklər təşkil edib.