YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Georgi Qaxaria: Heç kim Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası çox qısa müddətdə həllini tapmalıdır. Heç kim bu cür məsələlərdən sui-istifadə edib ölkədə etnik zəmində qarşıdurma yarada və Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz.

Bu sözləri Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Georgi Qaxaria söyləyib.

Nazir insanları bu cür məsələlərdə son dərəcə ehtiyatlı olmağa və milli zəmində münaqişə yaratmamağa çağırıb. O, Gürcüstan hökumətinin bu məsələdə qardaş Azərbaycan ilə razılığa gələcəyinə ümid etdiyini bildirib. Nazir deyib: “Mən insanları birmənalı şəkildə milli və etnik münaqişələrə səbəb ola biləcək məsələlərdən uzaq olmağa çağırıram. Biz inanırıq ki, demarkasiya məsələsində strateji tərəfdaşımız olan qardaş Azərbaycan ilə razılığa gələcəyik. Bu razılıq əsasında bütün mədəni irs məsələləri də əksini tapacaq”.

Qeyd edək ki, son günlər bəzi gürcü siyasətçilər Azərbaycan–Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” məbədi (və ya “David Qareci” məbədi) ilə bağlı məsuliyyətsiz bəyanatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışırlar.

DİGƏR Xəbərlər Arxiv