YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan 2019-cu ilin birinci rübündə dinamik inkişafını uğurla davam etdirib

“Azərbaycan 2019-cu ilin birinci rübündə dinamik inkişafını uğurla davam etdirib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Bunu konkret rəqəmlər – statistik göstəricilər də təsdiqləyir. Belə ki, bu müddət ərzində ÜDM 3, sənaye istehsalı 4,4 faiz artıb. Artım qeyri-neft sektorunda sənaye istehsalında da özünü göstərib. Bu, 15,6 faiz civarında olub. Kənd təsərrüfatında isə 3,6 faiz artım olub, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Bütün bu göstəricilər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və səmərəli sosial-iqtisadi siyasətin real nəticələrini təşkil edir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Millət vəkili bildirib ki, cari ilin birinci rübündə əsas iqtisadi və sosial göstəricilər müsbət xarakterlidir, dinamik inkişaf təmin edilib: “Azərbaycan sərmayədarlar üçün də olduqca cəlbedici məkandır. Ölkəmizdə liberal iqtisadiyyatın uğurla inkişaf etməsi, azad sahibkarlıq  mühitinin mövcud olması Azərbaycana davamlı şəkildə investisiyaların qoyulmasını şərtləndirir. Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Bu, olduqca müsbət göstəricidir”.

“2019-cu ilin birinci rübündə müxtəlif sahələri əhatə edən çoxşaxəli islahatların həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafına yeni təkan verməklə yanaşı, əhalinin rifah halının daha da yüksəlməsini təmin edib. Şübhəsiz ki, islahatlar davamlı xarakter daşıyır, yeni mərhələdə Azərbaycan iqtisadiyyatının daha da inkişafına mühüm töhfələr verəcək”,-deyə Malik Həsənov əlavə edib.