YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə və Azərbaycanın müdafiə sənayesi üzrə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmirlə görüşüb.

Nazir müavini Türkiyədə XIV dəfə təşkil olunan beynəlxalq müdafiə sənayesi sərgisinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, iki qardaş ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Müdafiə Sənayesi Nazirliyindən (MSS) bildirilib ki, səmimi keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Sərgi çərçivəsində nazir müavini “IDEF-2019”də öz məhsullarını nümayiş etdirən Türkiyənin “ASELSAN” şirkətinin stendində olub və şirkətin nümayəndələri ilə görüşüb.

Eyni zamanda, nazir müavini Pakistanın “GİDS” şirkətinin stendini ziyarət edib, şirkətin icraçı direktoru Tariq Cavaidlə görüşüb.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv