YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer: ATƏT sədrinin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq

İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Azərbaycana rəsmi səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi əsas müzakirə mövzusu olacaq. Bu barədə Trend-ə açıqlamasında İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer (Pascal Aebischer) bildirib.

Səfirin sözlərinə görə, D.Burkhalter Azərbaycan rəhbərliyi, xarici işlər naziri, baş nazir və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasiblərin inkişaf perspektivləri, regionda və Ukraynada baş verən hadisələr müzakirə olunacaq.

Qeyd edək ki, İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 3-də Azərbaycana rəsmi səfər edəcək.