Xəbərlər
Avropa Şurası baş katibi Azərbaycana rəsmi səfər edəcək
Avropa Şurası baş katibinin Azərbaycana səfərinin tarixi açıqlanıb.
Avropa Şurasının mətbuat xidmətindən verilən məlumata görə, baş katib Torbyorn Yaqland mayın 8-də Azərbaycana rəsmi səfər edəcək.
Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri gözlənilir.