YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir

“Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir.

“Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı Cənub Qaz Dəhlizi layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək. Digər nəhəng layihə olan və “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır. 2018-ci ildə may və iyul aylarında Cənub Qaz Dəhlizi və TANAP layihələrinin təntənəli açılış mərasimləri keçirilib. Türkiyə ilə dostluğun, qardaşlığın daha bir nümunəsi kimi, ötən ilin payızında “STAR” neft emalı zavodunun tarixi açılış mərasimi keçirildi ki, bunlar da nəticə etibarilə Azərbaycanın regionun və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırıb”-deyə, T.Rzayev vurğulayıb.