YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Əsgərov: Avropa Məhkəməsi Dilqəm Əsgərovun və Şahbaz Quliyevin işi ilə bağlı tezliklə qərar qəbul edəcək

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə çox vacib mövzu ilə bağlı panel iclas keçirildi. Tədbirdə Avropa Məhkəməsinin bəzi qərarları haqqında məlumat verdim, “Çıraqov və başqaları Ermənistana qarşı” işinə toxundum. Bu işlə bağlı Avropa Məhkəməsinin qərarında birmənalı olaraq göstərilib ki, Ermənistan işğal altındakı ərazilərdə olan vəziyyətə görə tam məsuliyyət daşıyır. Onun birbaşa iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub.

Bu fikirləri “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclasında çıxış etmiş Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov söyləyib.

Çingiz Əsgərov qeyd edib ki, təkcə Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda, Ermənistan vətəndaşlarının da Ermənistana qarşı verdikləri şikayətlərlə bağlı qərarlarda bu ölkənin dövlət orqanlarının işğal altında olan ərazilərdə mövcudluğu, fəaliyyət göstərmələri müəyyən edilib. Ermənistan vətəndaşlarının verdikləri şikayətlər əsasında müəyyən edilib ki, bu ölkənin vətəndaşları işğal altında olan torpaqlarda hərbi xidmətdə olurlar.

2016-cı ilin Aprel döyüşlərindən sonra şikayətlərin əksəriyyəti Ermənistan vətəndaşları tərəfindən verilib və bu da bir daha göstərir ki, işğal olunmuş ərazilərdə Ermənistan vətəndaşları yaşayır. Bu, bir daha Ermənistanın torpaqlarımızı işğal etdiyini göstərir. Ermənistan daha deyə bilməz ki, hansısa separatçı respublika mövcuddur. Azərbaycan dövlətinin ərazilərinin işğalında Ermənistan birbaşa məsuliyyət daşıyır.

“Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı da Avropa Məhkəməsinə şikayət verilib. Məhkəmə tezliklə bu işlə əlaqədar qərar qəbul edəcək. Bu iki mülki azərbaycanlının Ermənistanda girovluqda keçən hər günü işgəncə altında olan gün kimi hesab edilir. Onların işi üzrə tezliklə qərar qəbul ediləcək”, - deyə Ç.Əsgərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv