YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: “Nazirlər Komitəsi Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına riayət etməsi üçün hansı addımları atır?”

2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar qəbul edib. Sözügedən iş erməni təcavüzü zamanı Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistana qarşı 2005-ci il 6 aprel tarixli iddia müraciətinə əsaslanır. Bu iş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını da təsdiqləyir. Nazirlər Komitəsi Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına riayət etməsi üçün hansı addımları atır?

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yaz sessiyası çərçivəsində qurumun Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soininin çıxışından sonra ona bu sualla müraciət edib.

Avropa Şurası Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soini cavab verərək bildirib ki, Nazirlər Komitəsi məhkəmə qərarlarını yaxından izləməyi qərara alıb. Bu qərara da Nazirlər Komitəsinin əsas prinsipi çərçivəsində yaxından baxılacaq.