Xəbərlər
Sinxua agentliyi Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından yazır
Çinin milli xəbər agentliyi Sinxua Azərbaycan əhalisinin sayının 10 milyona çatması haqqında məlumat yayıb.
Agentliyin internet səhifəsində yerləşdirilən xəbərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu əlamətdar hadisə münasibətilə Azərbaycan xalqını təbrik etdiyi bildirilib.
Sinxuanın məlumatında Azərbaycan əhalisinin cins tərkibi, habelə şəhərlərdə və kəndlərdə yaşayanların ümumi əhali sayındakı faiz nisbəti göstərilib.