YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Qəbul olunmuş qərarlar ölkədə iqtisadi fəaliyyətin daha da canlanmasına səbə olub

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son vaxtlar imzalanmış sərəncamlar, qəbul olunmuş qərarlar ölkədə iqtisadi fəaliyyətin daha da canlanmasına səbə olub”. Bu fikri Milli Məclsin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, atılan addımlar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edir.

“Eyni zamanda, Milli Məclisin qəbul etdiyi qanunlar da iqtisadi inkişafın daha da davamlı olmasına, iqtisadi islahatların daha da dərinləşməsinə yönəldilib. Artıq son üç ayın yekunları da göstərir ki, Azərbaycanın iqtisadi həyatında müsbət meyillər güclənir, əhalinin həssas təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir”-deyə, deputat qeyd edib.