Xəbərlər
Elmar Məmmədyarovla Sergey Lavrovun görüşünün vaxtı məlum olub

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq.