Xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkəmizdə Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə Komitənin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Komitəyə 500 min manat vəsait ayrılıb.