Xəbərlər
Azərbaycan Qlobal kibertəhlükəsizlik reytinqində MDB ölkələri arasında 4-cü yerdə qərarlaşıb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi "Qlobal kibertəhlükəsizlik indeksi 2018" reytinqində 55-ci yerdə qərarlaşıb.
Azərbaycan 0.653 xal toplayıb.
Azərbaycan MDB ölkələri arasında Belarus, Ermənistan, Tacikistan, Qırğızıstan və Türkmənistanı qabaqlayaraq 4-cü olub.
Dünya ölkələri arasında Azərbaycan Serbiya, Yunanıstan, İran, İslandiya kimi ölkələri qabaqlayıb.
Reytinqdə ilk üçlükdə isə Böyük Britaniya, ABŞ və Fransa qərarlaşıb.