Xəbərlər
Aleks Kaplun: İsrail bir sıra Azərbaycan məhsullarını idxal etməkdə maraqlıdır
İsrail Azərbaycandan bir sıra məhsulları idxal etməkdə maraqlıdır.
Bu barədə aprelin 4-də Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbirdə palatanın sədri Aleks Kaplun deyib.
O qeyd edib ki, Azərbaycan şərablarının İsrailə idxalı istiqamətində işlər görülür. Artıq bəzi şəbarlar idxal edilir, o cümlədən Gəncə və Abşeron şərablarının idxalı ilə bağlı da danışıqlar aparılır. Bundan əlavə, İsrail Azərbaycandan fındıq və bal idxal etmək istəyir.